İQTİSADİYYAT


"Gəlir-xərc analizi" mövzusunda treninq keçirilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) eksperti Krassen Stançevin iştirakı ilə "Gəlir-xərc analizi" mövzusunda treninq keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, treninqdə iri dövlət və özəl layihələrin hazırlanması və əsaslandırılması prosesində lazım olan analiz metodları təqdim edilib. Spesifik olaraq, gəlir-xərc analizinin əhatə etdiyi məsələlər, dövlət və özəl müəssisələrin gəlir-xərc analizində yaranan fərqlər barədə məlumat verilib, bir sıra maraqlı nümunələr göstərilib.

Bundan əlavə, ekspert detallı gəlir-xərc analizi aparmaq üçün lazım olan elmi ədəbiyyat haqqında danışıb, onları əldə etmək metodları haqqında təcrübəsini bölüşüb.

İİTKM-in konsaltinq və treninq əlaqələndiricisi Kamil Ələsgərov bildirib ki, treninqin keçirilməsi mərkəz üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İİTKM mandatından irəli gələrək bir sıra dövlət proqramları üzrə müxtəlif gəlir-xərc analizlərini aparmalı, effektiv layihə idarəetməsinin formalaşması üçün bu yanaşmaları həm dövlət, həm də özəl sektorda təşviq etməlidir. Bu treninq "Gəlir-xərc analizi və effektiv idarəetmə" sırasından olan ilk treninqdir, mövzunun davamlı olması, sonrakı mərhələlərdə daha detallı və uzunmüddətli treninqlərin keçirilməsi planlaşdırılır.

Sonda ekspert həm dövlət, həm də özəl strukturları təmsil edən iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.