İQTİSADİYYAT


"Gənc alimlər və maliyyə savadlılığı" müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun "2 Fevral – Gənclər Günü"ndə elan etdikləri "Gənc alimlər və maliyyə savadlılığı" mükafat müsabiqəsinin nəticələri iyulun 13-də Elmin İnkişafı Fondunun ofisində keçirilmiş mükafatlandırma mərasimində açıqlanıb.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi işlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və bu məqalələrdə toxunulan məsələlərin təcrübədə tətbiq edilmə imkanlarının qiymətləndirilməsidir.

Müsabiqə komissiyasının rəyinə əsasən maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:

I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat

II yer – Murad Hacıyev, 1000 manat

III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov hər biri 500 manat

"Gənc alimlər və maliyyə savadlılığı" birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün Mərkəzi Bank gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.