İQTİSADİYYAT
"İndustrial Project Service Group"la Azərbaycan şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 31 may, AZƏRTAC
Dünyanın bir sıra ölkələrində sənaye sahəsində mühüm layihələri reallaşdıran "İndustrial Project Service (IPS) Group" şirkətinin nümayəndələri Azərbaycan şirkətləri ilə sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbəri Rüfət Məmmədov ölkəmizdəki əlverişli biznes və investisiya mühiti, Azərbaycanda yaradılan sənaye parklarında investorlara təklif olunan üstünlüklər barədə məlumat verib.