İQTİSADİYYAT
"İnnovasiyalar üzrə Startap Turu”nda 200-dən çox azərbaycanlı startapçı iştirak edir
Bakı, 17 aprel, Elvira Məmmədova, AZƏRTAC
Bakıda işə başlayan “Açıq İnnovasiyalar üzrə Startap Turu”nda 200-dən çox azərbaycanlı startapçı iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 17-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Azərbaycanda geniş startap layihələri həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlar, o cümlədən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı Azərbaycanda startapçıların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi və onlara vəsaitin ayrılması, münbit şəraitin yaradılması üçün geniş fəaliyyət göstərirlər.
İnanırıq ki, Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turunda" da Azərbaycan startapçıları uğurlu iştirak edəcək, bu sahədə dünyada gedən proseslərə öz töhfələrini verəcəklər.