MƏDƏNİYYƏT
"İnter Travel Club" turizm şirkətinin lisenziya fəaliyyəti dayandırılıb
Bakı, 24 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi 2011-ci ildə "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilmişdir.
Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qeyd olunanlar nəzərə alınaraq və Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın müvafiq bəndlərini rəhbər tutaraq "İnter Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Sarayevo küçəsi, ev 13 A, mənzil 21) verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.