MƏDƏNİYYƏT


"İşıq gələn tərəf" filmi İspaniyada keçirilən beynəlxalq festivalda qalib gəlib

A+ A

Madrid, 28 noyabr, AZƏRTAC 

İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf" filmi "Sosial mövzuda ən yaxşı qısametrajlı film" nominasiyasında birinci yerə layiq görülüb.

Neftlə zəngin Bakıda bir ailənin həyatından bəhs edən film 2015-ci ildə çəkilib və Avropada bir sıra festivallarda nümayiş olunub. "İşıq gələn tərəf" filmi Parisdə keçirilən festivalda isə xüsusi mükafata layiq görülüb.

İspaniyada keçirilən festivalda 20 ölkədən 60 qısametrajlı film təqdim olunub. Festivalın əsas nominasiyasında ispaniyalı Xuanxo Ximenesin filmi qalib gəlib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.