İQTİSADİYYAT
"Kanal Z" "Azerspace-1" peyki üzərindən yayıma başlayıb
Bakı, 1 iyul, AZƏRTAC
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Türkiyənin Zonquldak vilayətinin rəsmi kanalı "Kanal Z" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Kanal Z" iyulun 1-dən 11015/H/30000 tezliyi ilə "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Səhmdar cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin digər region kanalları da artıq "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla yayıma dair müqavilələrinin imzalanması üçün danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]