İQTİSADİYYAT
"Kapital Bank" Beynəlxalq Maliyyə Şurasının açılışında iştirak edib
Bakı, 28 mart, AZƏRTAC
"Kapital Bank"ın nümayəndələri "Amerika Banklar Assosiasiyası" (American Bankers Association) tərəfindən Dubayda keçirilən beynəlxalq konfransda iştirak edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə assosiasiya tərəfindən yeni yaradılan MENA (Middle East, North Africa) bölməsinin təqdimatı baş tutub. Eyni zamanda, regionun qabaqcıl bankları "Müxbir bankçılğın gələcəyi" forumda iştirak ediblər.
"Amerika Banklar Assosiasiyası"nın hər regionda şuraları fəaliyyət göstərir. Bu tədbirdə yeni MENA şurasının təqdimatı keçirilib. Şuranın əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir. Biz də Azərbaycanın lider banklarından biri olaraq regiona və ölkəyə öz töhfəmizi verməyə, həmçinin xarici ölkələrin təcrübəsindən yararlanmağa çalışacağıq", - deyə "Kapital Bank"ın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bildirib.
Qeyd edək ki, "Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.