İQTİSADİYYAT
"Kapital Bank" "Amerika Banklar Assosiasiyası"nın illik yığıncağında iştirak edib
Bakı, 3 may, AZƏRTAC
"Kapital Bank" beynəlxalq əməkdaşlıq çərçivəsində aprelin 30-dan mayın 3-dək keçirilən "Amerika Banklar Assosiasiyası"nın (American Bankers Association) illik yığıncağında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bankdan verilən məlumatda bildirilir.
Tədbirdə iştirak edən "Kapital Bank"ın Komplayens departamentin direktoru Kamal Abdullayev qeyd edib ki, Amerika Banklar Assosiasiyasının builki yığıncağı əsasən beynəlxalq müxbir hesablaşma və komplayens məsələlərinə həsr edilib. Eyni zamanda, tədbir çərçivəsində bir sıra Amerika banklarının rəhbərləri ilə görüş keçirilib və mühüm məsələlər müzakirə olunub. Qeyd edək ki, MDB ölkələri arasında "Kapital Bank" və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.
"Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.