İQTİSADİYYAT
"Kapital Bank" müştərilərinə illik faiz dərəcəsində 3 faiz endirim təqdim edir
Bakı, 27 mart, AZƏRTAC
"Kapital Bank" martın 31-dək nağd pul krediti əldə etmək istəyən müştərilərə illik faiz dərəcəsində 3 faiz endirim təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Kapital Bank"da "Gündəlik tələbat krediti"nin məbləği 300 – 20 min manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadəkdir.
Bu məhsul üzrə kreditlər əməkhaqqını və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı məlumat https://kapitalbank.az/loans/cash?hl=az-da.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.