İQTİSADİYYAT


"Kapital Bank" sərfəli şərtlərlə manatla nağd pul krediti təklif edir

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

"Kapital Bank" "Ürəyindən keçənlər üçün" adlı aksiyaya başlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, şərtlərə görə, ayda cəmi 79 manat ödəməklə, 2000 manat nağd pul krediti almaq olar.

"Gündəlik tələbat krediti"nin məbləği 300–15 min manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu, maaş və ya pensiyasını "Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kreditin rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.