İQTİSADİYYAT
"Kapital Bank"ın 305 müştərisi 50 AZN qazanıb
Bakı, 10 iyul, AZƏRTAC
"Kapital Bank"ın "Visa" kart sahibləri üçün "Qazandıran xərclər" adlı lotereyası yekunlaşıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ümumi olaraq lotereya ərzində 305 müştəri 50 AZN, lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazanıb. Qaliblərin siyahısı bankın korporativ saytında dərc olunub.
Şərtlərə görə ölkə daxilindəki POS-terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini saytda olan müvafiq bölmədə qeydiyyatdan keçirərək lotereyada iştirak edirdilər.
"Visa" kartlarını "Kapital Bank" filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.