İQTİSADİYYAT


"Kapital Bank"ın istiqrazları ləğv olunub

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

"Kapital Bank" ASC-nin Müşahidə Şurasının 24 may 2016-cı il tarixli qərarına əsasən, 2014-cü il martın 17-də AZ2003005157 dövlət qeydiyyat nömrəsi ilə qeydə alınmış hər birinin nominal dəyəri 1000 manat olan 8 min ədəd adlı, sənədsiz, faizli, təmin edilməmiş istiqrazları ləğv edilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sözügedən istiqrazların ləğv edilməsi barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.