İQTİSADİYYAT


"Kapital Bank"ın kart mərkəzi istirahət günləri işləyəcək

Bakı, 21 iyul, AZƏRTAC

"Kapital Bank"ın "Nərimanov Kart Mərkəzi" bu həftənin şənbə və bazar günləri də işləyəcək. Mərkəz iş günlərində olduğu kimi saat 9:00-dan, 18:00-dək fəaliyyət göstərəcək.

Bankdan AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 ünvanında yerləşən "Nərimanov Kart Mərkəzi"ndən Bankın "Binəqədi", "Şuşa", "Nərimanov", "Nəsimi", "Cəfər Cabbarlı", "Yasamal", "İçərişəhər", "Səbail" və "Xətai" filiallarının müştəriləri Bakı şəhər Təhsil İdarəsinin əməkhaqqı kartlarını, həmçinin sosial, pensiya və digər kartları əldə edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.