REGİONLAR


"Kapital Bank"ın yenilənmiş "Qax" filialı istifadəyə verilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Qax" filialının yenilənmiş ofisini istifadəyə verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Qax rayonu, Ü.Hacıbəyli 10 ünvanında (Bazarın yaxınlığında) yerləşir. Artıq Qax şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 3 şəhər (Şuşa, 28 May və Binəqədi) və 3 region (Şabran, Lerik və Qax) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Gənclik Mall" filialı açılıb. Bundan əlavə, ilin sonunadək daha 3 şəhər və 5 region filialının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.