İQTİSADİYYAT


"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, agentliyin direktorunun qərarı ilə yaradılmış və 5 nəfərdən ibarət olan Müşahidə Şurasının tərkibinə agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının Əməkdar Memarı, professor Gülçöhrə Məmmədova və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadiqovdur.

İclasda şuranın fəaliyyətinin təşkili ilə bağlı müvafiq məsələlərə dair qərarlar qəbul edilib, "MİDA" MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabat dinlənilib və MMC-nin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib. Bununla yanaşı, Müşahidə Şurasının qərarı ilə "MİDA" MMC-nin daxili audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.