DÜNYA


"Mastercard" və BMT-nin Ümumdünya Ərzaq Proqramı "100 milyon ərzaq bağlaması" təşəbbüsünə start verib

Bakı, 10 iyul, AZƏRTAC

"Global Citizen Festival 2017" musiqi festivalı zamanı qlobal ödəniş texnologiyaları şirkəti "Mastercard" və BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) aclıq və səfalətin kökünü kəsməyə yönəlmiş birgə səylərin davamı olaraq yeni təşəbbüs irəli sürüb.

"Mastercard"dan AZƏRTAC-a bildiriblər ki, tərəfdaşlar "Mastercard"ın innovativ rəqəmsal texnologiyalarının işlənib hazırlanması təcrübəsi ilə və ÜƏP-in ərzaq yardımlarının təşkili və sosial cəhətdən həssas qruplar üçün davamlı inkişaf proqramlarının həyata keçirilməsi təcrübəsini birləşdirməyi qərara alıblar.

"100 milyon ərzaq bağlaması" qlobal təşəbbüsdür və məqsədi bütün dünyada ehtiyacı olan insanları ərzaqla təmin etmək üçün kifayət qədər vəsait toplamaqdır.

Nağd pul və aclığın mövcud olmadığı bir dünya qurmaq missiyasını reallaşdıran "Mastercard" ÜƏP-lə BMT-nin dörd "Davamlı inkişaf məqsədi" olan və yoxsulluq və aclığın aradan qaldırılması, keyfiyyətli təhsil təminatı və gender bərabərliyini dəstəkləyən, yoxsulluq zəncirini qırmağa yönəlmiş ilk qlobal saziş imzalayıblar. Sazişin şərtləri çərçivəsində "Mastercard" və ÜƏP qarşılarına çox iddialı məqsəd qoyublar: növbəti 12 ay ərzində bütün dünyada maksimum sayda insanı ərzaq bağlamaları ilə təmin etmək.

"Yoxsulluq olmayan bir dünya qurmaq və səfalət zəncirini qırmaq üçün "Mastercard" və ÜƏP artıq bir sıra innovativ layihə həyata keçiriblər.

""100 milyon ərzaq bağlaması" təşəbbüsümüz ən çox ehtiyacı olanları və sosial cəhətdən müdafiə olunmayan insanları zəruri məhsullarla təmin edəcək. Biz "Mastercard"ın texnoloji ekspertizası və ödəniş məhsullarını yaratmaq təcrübəmiz ilə ÜƏP-in ərzaq yardımının çatdırılma xidmətini birləşdirməyi düşünürük. Bu innovasiyaları tətbiq etmək və dünyanın istənilən yerində hər kəsin maliyyə xidmətlərindən istifadə etməsi üçün imkan yaradacaq. Bundan əvvəl həyata keçirdiyimiz birgə layihələr nəticəsində artıq 17 milyondan çox ərzaq bağlamaları insanlara çatdırılıb. Yeni saziş iddialı məqsədimizə nail olmaq üçün növbəti addımdır. Beləliklə, insanlar üçün daha çox imkanlar açılacaq və daha bərabər hüquqlu dünya yaranacaq", - deyə "Mastercard" şirkətinin beynəlxalq bazarlar üzrə prezidenti Enn Kerns bildirib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli qeyd edib ki, "Mastercard"la uzun illər aparılan əməkdaşlıq ÜƏP-ə öz iş prinsiplərini dəyişdirməyə kömək edib. Daha çevik və effektiv yanaşma sayəsində təşkilat çoxlu sayda insanlara yardım edə bilib. "Mastercard"ın aclığı aradan qaldırmağa yönəlmiş layihələri sosial rifahın yaradılmasında özəl sektorun rolunun vacibliyinin bariz nümunəsidir. İnsanların xilası, onların həyatının yaxşılaşdırılması və uşaqların xəyallarının gerçəkləşməsinə ödəniş sistemi tərəfindən edilmiş töhfə həqiqətən də qiymətsizdir.

İnsanları 100 milyon ərzaq bağlamaları ilə təmin edən bu təşəbbüs ekspertiza mübadiləsi və xeyriyyə kampaniyalarının həyata keçirilməsi "Mastercard"la ÜƏP-in əməkdaşlığını genişləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.