İDMAN


"Mercedes AMG" komandasının pilotu: Formula-1 Azərbaycan Qran-Prisinə yaxşı hazırlaşmışıq

Bakı, 22 iyun, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisinə yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, Bakıda yüksək nəticə əldə edək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də Bakıda təşkil olunan mətbuat konfransında “Mercedes AMG” komandasının pilotu Valtteri Bottas deyib.

O, sıralanma turundan sonra mövqeyinin yaxşı olmayacağı təqdirdə heç bir problem yaşamayacağını vurğulayaraq deyib: “Mövqeyimin pis olması çıxışıma təsir göstərə bilməz. Əvvəllər də yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə nə isə çətinlik yaradacaq”.

Pilot bildirib ki, komanda yoldaşları ilə münasibətləri yüksək səviyyədədir: “Biz bir-birimizi yaxşı başa düşürük. Azərbaycan Qran-Prisində xüsusi planımız var. Bu planla çıxış edərək yüksək nəticə qazanmaq istəyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.