REGİONLAR
"Mingəçevir" elektrik şəbəkəsi üzrə əsaslı təmir işləri həyata keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
"Mingəçevir" Regional Elektrik Şəbəkəsi Müəssisəsinin balansında olan xətt və avadanlıqda bu ilin ikinci rübündə xeyli sayda əsaslı və cari təmir işləri görülüb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəbəkənin xidmət göstərdiyi 110/35/10/6 kilovoltluq "Ağcabədi", "Bərdə", "Qəbələ", "Tərtər", "Ağsu", "Naftalan", "Şükürbəyli", "Yevlax", "Zərdab", "Mingəçevir şəhər" yarımstansiyalarında 20 güc transformatoru, ümumilikdə 110-dan artıq eleqaz, yağ və vakuum açarı cari təmirdən çıxarılıb. Bununla yanaşı, 110 kilovoltluq I "Yevlax", II "Bərdə", I "Ucar" hava xətlərində və avadanlığında həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı 30-dan artıq yağ açarı əsaslı təmir olunub. Cari ilin ikinci rübündə 330 kilovoltluq I "Abşeron" hava xəttində 8,2 kilometrlik, 500 kilovoltluq II "Abşeron" hava xəttinin 2 kilometrlik hissələrində əsaslı təmir işləri görülüb. Yay təmir kampaniyasına xas olan işlər digər yüksək gərginlikli hava xətlərində və onların dayaqlarında da həyata keçirilib.