İQTİSADİYYAT
"Muğanbank" onlayn kredit ödənişlərinin vasitələrini artırdı
Bakı, 6 iyul, AZƏRTAC
"Muğanbank" müştərilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn kredit ödəniş xidmətini http://www.azericard.com/ saytında aktivləşdirdi.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər Azericard onlayn kredit ödəniş xidmətindən istifadə etmək üçün, bankın saytında və ya http://www.azericard.com/ səhifəsinə daxil olub, "onlayn ödəmə – bank xidmətləri" bölməsindən bankın logosunu seçərək ödənişlərini həyata keçirə bilər. Bunun üçün şəxsiyyət vəsiqənin seriya və nömrəsini, doğum tarixini yazmağa kifayət edir.
“Muğanbank” ASC-dən götürülmüş kreditlərin ödənilməsi üçün müştərilər filial şəbəkələrindən əlavə olaraq, “Monex” Təcili Pul Köçürmə sistemi, "www.muganbank.az saytına, Hesab.az: www.hesab.az saytından, eManat Modenis terminallarından, "Azərpoçt" məntəqəsindən istifadə edə bilər.
Yaxın vaxtlarda MilliÖn Komtec terminalları vasitəsilə də ödənişlərin qəbulu aktiv olacaq.
Ətraflı məlumatı +99412 564 35 11 nömrəsindən bankın Məlumat Mərkəzindən, həmçinin bankın saytından www.muganbank.az və ya Facebook səhifəsindən https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl əldə etmək olar.