İDMAN
"Neftçi" - "Mladost" qarşılaşması heç-heçə yekunlaşıb
Bakı, 2 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi iyulun 2-də “Bakcell Arena”da Monteneqronun “Mladost” komandasını qəbul edib.
Türkiyəli baş hakim Ali Palabıyığın idarə etdiyi oyunun 34-cü dəqiqəsində monteneqrolu futbolçu Duşan Laqator hesabı açıb. İki dəqiqə sonra "Neftçi"nin futbolçusu Kamal Qurbanov cavab topunu vurub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi heç-heçə yekunlaşıb.
İkinci hissədə üstünlüyü ələ alan "Neftçi" oyunun 55-ci dəqiqəsində rəqib qapısından ikinci topu keçirib. Ruslan Qurbanovun ötürməsini Araz Abdullayev qola çevirib. Lakin futbolçularımız qələbə hesabını qoruyub saxlaya bilməyiblər. Matçın 87-ci dəqiqəsində "Mladost"un futbolçusu Luka Mirkoviç hesabı bərabərləşdirib.
Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 9-da Monteneqroda keçiriləcək.