REGİONLAR


"Nikoyl" Bank "Masallı" və "Lənkəran" filialını birləşdirib

Bakı, 28 sentyabr, AZƏRTAC

Filial şəbəkəsinin optimallaşdırılması ilə əlaqədar "Nikoyl" Bankın rəhbərliyi Masallı və Lənkəran şəhərlərindəki filiallarının bir regional filial şəklində birləşdirilərək Lənkəranın mərkəzində yerləşdirilməsi barədə qərar qəbul edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, Masallının keçmiş filialının müştəriləri Lənkəran şəhərinin S.Bayramov küçəsi 19 ünvanında yerləşən filialının xidmətlərindən yararlanacaqlar.

Ətraflı məlumatı (012) 981 (daxili 5600) qısa nömrəsinə zəng etməklə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.