İQTİSADİYYAT


"Nikoyl" Bank bağlanmış dörd filialının müştərilərinə müraciət edib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

"Nikoyl" Bank bağlanmış dörd filialının müştərilərinə müraciət edib.

AZƏRTAC-ın banka istinadla verdiyi xəbərə görə, "Nikoyl" Bank müraciətində bildirib ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı, 5 saylı və 11 saylı filiallar arasında paylanacaq. 1 saylı və 13 saylı filialların müştərilərinə Bakı şəhəri, Səməd Vurğun küçəsi 166 ünvanında yerləşən 3 saylı filialında, 2 saylı filialın müştərilərinə Bakı şəhəri, Hüseyn Cavid prospekti ev "A" ünvanında yerləşən 11 saylı filialında, 9 saylı filialın müştərilərinə Bakı şəhəri, AZ 1025, Xocalı prospekti 24 ünvanında yerləşən 5 saylı filialında xidmət olunacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "Nikoyl" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı filiallarının lisenziyası geri çağırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq bank dərhal dörd satış nöqtəsini bağlayıb. Bankın rəhbərliyi bu qərarı müştərilərlə işləmə sisteminin yeni mərhələsi kimi dəyərləndirir. Bank, həmçinin texnoloji inkişafın artırılmasına və maliyyə davamlılığına investisiya qoymağa hazırlaşır.

Qeyd edək ki, bu gün bank tərəfindən növbəti 10 milyon ABŞ dolları məbləğində tranş qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.