CƏMİYYƏT


"Nikoyl" Bank növbəti xeyriyyə aksiyası keçirib

A+ A

Bakı, 10 may, AZƏRTAC

"Nikoyl" İnvestisiya Kommersiya Bankı (İKB) ASC-nin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində "Azərbaycan Qızıl Aypara" Cəmiyyətinin Nəsimi rayonunda yerləşən nümayəndəliyində növbəti xeyriyyə aksiyasını keçirib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Nikoyl" İnvestisiya Kommersiya Bankının əməkdaşları 50-yə yaxın aztəminatlı ailəyə baş çəkib, onları Qurban bayramı münasibətilə təbrik edib və bayram payı təqdim ediblər.

Qeyd edək ki, aztəminatlı ailələrin siyahısı "Azərbaycan Qızıl Aypara" Cəmiyyəti tərəfindən banka təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.