İQTİSADİYYAT


"Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC BFB-də listinqə qəbul edilib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə sentyabrın 30-dan etibarən "Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 30 milyon, qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Ticarətə oktyabrın 3-də başlanılacaq. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.