İQTİSADİYYAT


"Nikoyl" İnvestisiya Kommersiya Bankı Bakı Fond Birjasında listinqə qəbul edilib

Bakı, 10 may, AZƏRTAC

"Nikoyl" İnvestisiya Kommersiya Bankı Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 7 351 368 ədəd, ilkin ticarət qiyməti 0,10 manatdır. Adi səhmlər mayın 10-dan ticarətə buraxılır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.