İQTİSADİYYAT


"PAŞA Bank" ASC-nin sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "PAŞA Bank" ASC-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.