İQTİSADİYYAT
"PAŞA Həyat Sığorta" "Ailəmin PAŞA Güvənliyi" məhsulunun satışı istiqamətində "AGBank"la əməkdaşlığa başlayıb
Bakı, 12 may, AZƏRTAC
"PAŞA Həyat Sığorta" şirkəti "Ailəmin PAŞA Güvənliyi" adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində "AGBank"la əməkdaşlığa başlayıb.
AZƏRTAC xəbər verir ki, "Ailəmin PAŞA Güvənliyi" sığorta məhsulunu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir. "Ailəmin PAŞA Güvənliyi" məhsulu üzrə təminat 60 min manat və 30 min dollaradək olduqda sığorta olunan şəxsdən tibbi müayinədən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500 min manat və ya 250 min dollar həcmində müəyyənləşib.
Artıq bu gündən etibarən "AGBank"ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından "Ailəmin PAŞA Güvənliyi" adlı məhsulu əldə etmək olar.