İQTİSADİYYAT


"PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib

Bakı, 19 may, AZƏRTAC

"PAŞA Həyat Sığorta" şirkəti "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti irihəcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.

Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 26 min 817 manat qalıq kredit borcu məbləği "PAŞA Həyat" tərəfindən aidiyyəti bank üzrə ödənilib.

Qeyd edək ki, "PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 8 sığorta hadisəsinə görə ümumilikdə 188 min 876 manat həcmində sığorta ödənişi verilib.

"PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.