İQTİSADİYYAT
"PAŞA Həyat" vəfat etmiş müştərinin banka olan 36 min 288 manat qalıq borcunu ödəyib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan "PAŞA Həyat Sığorta" şirkəti "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin banka olan 36 min 288 manat qalıq borc məbləği "PAŞA Həyat" tərəfindən ödənilib.
"PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 7 sığorta hadisəsinə görə ümumilikdə 161 min 860 manat həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari il aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]