İQTİSADİYYAT


"PSG–Kapital İnvestisiya Şirkəti"nin Bakı Fond Birjasında üzvlüyü bərpa olunub

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə avqustun 29-dan etibarən "PSG–Kapital İnvestisiya Şirkəti" QSC-nin BFB-də üzvlüyü bərpa olunub.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, şirkət fəaliyyətini "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Üzvlük qaydaları"na uyğunlaşdırdığı üçün bu qərar verilib. Üzvlüyün bərpası ilə əlaqədar olaraq BFB tərəfindən şirkət rəhbərinə yenilənmiş üzvlük şəhadətnaməsi təqdim edilib.

Qeyd edək ki, "PSG–Kapital İ.Ş." QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən avqustun 1-də verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir. Hazırda BFB-nin "PSG–Kapital İ.Ş." QSC də daxil olmaqla 6 aktiv üzvü var.

BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat qurumun internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.