ELM VƏ TƏHSİL
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanır
Bakı, 30 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Bu yaxınlarda "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanmasına başlanılıb. Hazırda bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Yaxın zamanlarda təhsilin digər mərhələlərinə dair qanun layihələri də hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı bildirib.
Ölkəmizdə 2009-cu ildə “Elm haqqında”, 2016-cı ildə isə “Təhsil haqqında” qanunların qəbul olunduğunu xatırladan akademik bildirib ki, Azərbaycan təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Hazırda "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi Milli Məclisdə müzakirə prosesindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]