CƏMİYYƏT


"Procter & Gamble" valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım edəcək

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

"Procter & Gamble" şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi arasında valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə "Qayğıdan məhrum uşaqlara birgə yardım edək!" kampaniyasının həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, "Procter & Gamble" şirkəti öz brendlərini qeyd olunan kampaniyaya cəlb etməklə İctimai Birliyə maliyyə dəstəyi göstərəcək.

Kampaniya iyulun 1-dən avqustun 15-dək keçiriləcək. "Araz market", "Bazar Store" və "Bizim market" mağazalar şəbəkəsində P&G məhsullarının satışından əldə olunan gəlirin müəyyən hissəsi "Procter & Gamble" şirkəti tərəfindən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyinin bank hesabına köçürüləcək. Bu vəsaitlər uşaqların və gənclərin təhsil, gündəlik yaşam və səhiyyə xərclərinə sərf olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.