İQTİSADİYYAT


"Qafqaz İnkişaf Bankı"nda və "Atrabank"da sığorta hadisəsi baş verib

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinadla bildirir ki, "Qafqaz İnkişaf Bankı" ASC-də və "Atrabank" ASC-də sığorta hadisəsi baş verib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq avqustun 16-sı qeyd edilən banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.