DÜNYA


"Qalaktika gözətçiləri"nin ssenaristləri Pokemon Go haqda film çəkəcək

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Amerika ssenaristlər Gildiyası tərəfindən “Qalaktikanın gözətçiləri” komediya döyüş filminin ssenarisinə görə xüsusi mükafata layiq görülmüş Nikol Perlman və Aleks Hirş son zamanların ən məşhur oyunu olan Pokemon Go haqqında filmin çəkilişlərinə start verib.

"Detektiv Pikaçu" filminin ərsəyə gəlməsi üçün “Legendary Entertainment” şirkəti “Pokemon” şirkəti ilə birləşdiriləcək. Ssenari müəlliflərinin fikirlərinə görə, bu oyun filmi olacaq.

Nikol Perlman buna qədər Marvel komikslərinin ekranlaşdırılması və "Şerlok Holms" haqqında filmin 3-cü hissəsinin ssenarisinin yazılması ilə tanınıb. Aleks Hirş isə əsasən Disney studiyası ilə əməkdaşlıq edib.

Bu ilin iyulunda dünya bazarına çıxan Pokemon Go oyunu Yaponiyanın Nintendo şirkəti tərəfindən işlənib hazırlanıb. 1996-cı ildə ilk dəfə televiziya ekranlarına çıxan "balaca əcaiblər" haqqında Yaponiyada 18 tammetrajlı film çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.