İQTİSADİYYAT
"Rabitəbank"dan "Visa" kart sahibləri üçün aksiya
Bakı, 5 iyul, AZƏRTAC
"Rabitəbank"da "Visa" kart sahibləri üçün yeni aksiya keçirilir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, istənilən "Visa" kartla iyunun 22-dən avqustun 21-dək Azərbaycan ərazisində və ya kənarda istənilən məbləğdə nağdsız əməliyyat həyata keçirən müştərilər birbaşa lotereya iştirakçısı olacaqlar.
Bunun üçün avqustun 21-i saat 23:59-dək http://www.visa.com.az/ saytında qeydiyyat formasını doldurmaq və ödəniş qəbzini (və ya internet ödəniş təsdiqedici sənəd) qeydiyyata almaq mütləqdir. Uduşu əldə etmək üçün bütün qəbzlər və internet ödəniş təsdiqnamələri saxlanılmalıdır. Hər tranzaksiyanı yeni qeydiyyat formasını doldurmaqla həyata keçirmək lazımdır. "Visa" kart sahibləri bu il Rioda keçiriləcək Yay Olimpiya oyunlarının iştirakçısı ola bilərlər.
Qeyd edək ki, kommunal ödəniş, telefon balansının artırılması, internet və kabel TV ödənişləri, kart balansının artırılması, ləğv edilmiş/qaytarılmış alış-veriş üzrə əməliyyat, kazino və totalizator tipli əməliyyatlar nəzərdə tutulmayıb.