İDMAN


"Red Bull King of the Rock 2016" Bakıda

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 30-da Bakı Dənizkənarı Bulvarda "Red Bull King of the Rock" yarışması keçiriləcək.

"Red Bull" şirkətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, GoSport və "The Club Port Baku"nun dəstəyi ilə keçiriləcək "Red Bull King of the Rock" yarışmasının milli finalında qalib gələn stritbolçu Azərbaycanı Belqrad şəhərində dünya finalında təmsil edəcək.

Qeyd edək ki, "Red Bull King of the Rock" – "təkbətək" formatında nadir küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.