İDMAN


"Rio-2016": Azərbaycan üzgüçüsü Roman Saley XV Yay Paralimpiya Oyunlarının finalına vəsiqə qazanıb

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə Azərbaycan üzgüçüsü finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.

On üç atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

Final yarışı sentyabrın 13-də keçiriləcək.

Xatırladaq ki, R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında dördüncü olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.