İDMAN
"Rio-2016" Yay Olimpiya Oyunlarının onuncu günündə daha 17 dəst medal sahibini tapacaq
Bakı, 15 avqust, AZƏRTAC
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının onuncu günündə - avqustun 15-da idmançılar 17 dəst medal uğrunda yarışacaqlar.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 10, qadınların mübarizəsində isə 6 dəst medal sahibini tapacaq.
Kişilərin mübarizəsində yelkənli qayıq idman növü, idman gimnastikası (halqa, dayaqla tullanma), yunan-Roma güləşi (85, 130 kq), velosiped idmanı (omnium), ağır atletika (105 kq), boks (91 kq) və atletika (şüvüllə tullanma, 800 metr məsafəyə qaçış) yarışlarında qaliblər müəyyənləşəcək.
Qadınlar arasında isə üzgüçülük (açıq suda 10 kilometr məsafə), atletika (çəkicatma, 3000 metr məsafəyə stipl-çez, 400 metr məsafəyə qaçış), idman gimnastikası (tir) və yelkənli qayıq idman növü üzrə yarışlarda medallar sahibini tapacaq.
Həmçinin bu gün atçılığın konkur növü üzrə fərdi yarışların (sərbəst proqram) qalibləri bilinəcək.
Mötəbər yarışın onuncu günündə 7 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında boksçularımız Elvin Məmişzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq), yunan-Roma güləşçilərimiz Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq), üç təkanla tullanmada Nazim Babayev, qadınların boks yarışlarında Yana Alekseyevna (60 kq) və avarçəkmədə isə İnna Osipenko-Radomskaya ölkəmizi təmsil edəcək.