Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyevdən

Hörmətli İlham Heydər oğlu,

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu bayram milli birliyin, Azərbaycanın bu günü və gələcəyi üçün yüksək məsuliyyətin rəmzidir.

Bu gün dinamik inkişaf edən, ictimai-siyasi sabitliyi inamla möhkəmlədən, vətəndaşların rifahının artmasını və beynəlxalq nüfuzun yüksəlməsini nümayiş etdirən Azərbaycanın uğurlarının təməlində Sizin müdrik rəhbərliyiniz və xalqınızın quruculuq əzmi dayanır.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, bütün Azərbaycan xalqına sülh və çiçəklənmə arzu edirəm.

Dərin hörmətlə,

Mixail Qutseriyev

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin

direktorlar şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin