İQTİSADİYYAT


"SIBOS 2017" sərgi-konfransı Kanadada keçiriləcək

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

"PAŞA Bank" Cenevrədə keçirilən "SIBOS 2016" beynəlxalq sərgi-konfransında iştirak edib. Tədbirə aparıcı beynəlxalq bankların, maliyyə strukturlarının və şirkətlərin nümayəndələri, habelə müstəqil konsultantlar, maliyyə sektoru üzrə proqram təminatlarının layihəçiləri və təchizatçıları qatılıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bu il "SIBOS"un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, "rəqəmsal bankçılıq" modelinə keçid aspektləri, sektorda son texnoloji meyillər, komplayens və risk-menecmentdə yeniliklərin tətbiqi, habelə bank sənayesinin bir çox digər aktual inkişaf məsələləri müzakirə olunub.

"PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımov qeyd edib ki, "SİBOS 2016" bütün dünya maliyyə sektorunun gələcək inkişaf meyillərini müəyyən edən məsələlərin həll olunduğu biznes-meydançaya çevrilib. Bu mühüm bank tədbirində sayca 7-ci iştirakımızı təkcə imkanlarımızın və ötən il ərzində əldə etdiyimiz nailiyyətlərin təqdim edilməsi prizmasından deyil, həm də bazarın liderləri ilə yeni işgüzar əlaqələrin qurulması və texnoloji yenilikləri ilə tanışlıq prizmasından qiymətləndiririk. Bu səbəbdən "SIBOS" sərgi-konfransı çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə işgüzar görüşlərimiz keçirilib. Görüşlərin əsas mövzuları ikitərəfli münasibətlərin inkişafı, təcrübə mübadiləsi və ən başlıcası – "PAŞA Bank"ın fəaliyyət göstərdiyi ölkələr olan Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları üçün dünya arenasında fəaliyyət imkanlarının genişləndirilməsi idi.

Qeyd edək ki, "SIBOS 2016" Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçılığı ilə həyata keçirilib. Növbəti forum Kanadanın Toronto şəhərində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.