REGİONLAR
"Şahdağ"da ötən ay 24,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 27 may, AZƏRTAC
"Şahdağ" elektrik stansiyasında 24,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən 4 ayda isə stansiyada elektrik enerjisi istehsalı 135,3 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son 3 üç ayda müəssisənin enerji bloklarında mövsümə hazırlıq məqsədilə müxtəlif təyinatlı təmir işləri aparılıb. Eyni zamanda, stansiyanın digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri görülüb.
Elektrik stansiyası 12 aqreqatdan ibarət olmaqla, ümumi gücü 105 meqavat təşkil edir. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında mühüm rol oynayır, həmçinin bölgənin sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, stansiya “Şahdağ” Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi təchizatını da ödəyir.