CƏMİYYƏT
“Sahibkarlar Günü”nə həsr olunan konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 26 aprel, AZƏRTAC
“Sahibkarlar Günü”nə həsr olunan konfransın iştirakçıları aprelin 26-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:22]
Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib
- 18.04.2024 [12:03]
Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi
- 18.04.2024 [12:00]