DÜNYA


"Sberbank" "Mastercard" ilə birgə Rusiyada "Apple Pay" xidmətini istifadəyə verib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

"Sberbank" "Mastercard" şirkəti ilə birgə Rusiyada "Apple Pay" xidmətini işə salıb. Bu barədə Maliyyə İnstitutunun rəsmi saytında bildirilir.

AZƏRTAC “gazeta.ru”ya istinadla xəbər verir ki, "Apple Pay" Rusiyada və dünyada təmassız ödənişin genişlənməsi üçün drayver olacaq. ""Sberbank"ın bir çox müştəriləri yeni texnologiyalardan fəal istifadə edir və öz smartfonlarının köməyi ilə nağdsız və təmassız ödənişlərə üstünlük verəcək və daha tez-tez müraciət edəcəklər", - deyə bankın idarə heyəti sədrinin müavini Aleksandr Torbaxov deyib.

Müştərilər "Apple Pay"ın köməyi və iPhone SE, iPhone 6 və daha yeni modellər, həmçinin "Apple Watch" vasitəsilə mağazalarda hesablaşma apara biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.