DÜNYA


"Sberbank" insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb

Bakı, 10 iyul, AZƏRTAC

"Sberbank" pilot layihə çərçivəsində Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb.

AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir ki, bankdan pul çıxarmaq kartdan istifadə etmədən mümkün olacaq. Bankın mətbuat xidmətinin məlumatına görə, üztanıma sistemi üçün alqoritmin hazırlanması ilə Yaponiyanın "Toshiba" şirkəti məşğul olub.

Qeyd edək ki, pilot layihə çərçivəsində bu cür bankomatların quraşdırılması ilin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.