DÜNYA


"Sberbank" nağd vəsaitlərin çatdırılması üçün dron sınaqdan keçirəcək

Bakı, 27 may, AZƏRTAC

Rusiyanın "Sberbank"ı nağd vəsaitlərin çatdırılması üçün dron sınaqdan keçirəcək. Bu barədə kredit təşkilatının idarə heyətinin sədr müavini Stanislav Kuznetsov bildirib.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, sədr müavininin sözlərinə görə, bankın laboratoriyası işin səmərəliliyinin artırılması üçün pilotsuz uçuş aparatlarının istifadə imkanlarını araşdırır.

"Dron-daşıyıcının sınağı bir ay sonra Kazanda keçiriləcək. Əlbəttə Rusiyada müəyyən məhdudiyyətlər var, amma biz bununla bağlı iş aparırıq", - deyə Kuznetsov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.