DÜNYA


"Sberbank" və "Microsoft" birgə kibermüdafiə mərkəzini yaratmaq niyyətindədir

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

"Sberbank" və "Microsoft" bankın daxili ehtiyaclarının ödənilməsi və bir sıra kənar təşkilatlara informasiya təhlükəsizliyi sahəsində xidmətlərin göstərilməsi məqsədilə Rusiyada kibermüdafiə mərkəzini yaratmaq niyyətindədir.

AZƏRTAC “gazeta.ru”ya istinadla xəbər verir ki, tərəflər kibertəhlükəsizlik sahəsində strateji əməkdaşlıq haqqında razılığa gəlib və bununla bağlı oktyabrın 13-də "Finopolis 2016" forumunda müvafiq niyyət sazişi imzalanıb.

"Sberbank"ın bazasında yaradılacaq mərkəzdə kibersığorta, konsaltinq və təlim xidməti göstəriləcək. Mərkəzin işinə "Microsoft" şirkətinin mütəxəssislərindən ibarət komandanı cəlb etmək planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.