DÜNYA


"Sberbank"ın 175 illiyi münasibətilə Rusiyada muzeylərə giriş pulsuz olacaq

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Rusiyanın iri banklarından olan "Sberbank"ın yaranmasının 175 illiyi münasibətilə oktyabrın 1-dən noyabrın sonunadək bu ölkənin bir sıra şəhərlərində yerləşən muzeylərə giriş pulsuz olacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, aksiyada Rusiyanın 18 muzeyi iştirak edəcək. Bundan başqa, "Sberbank"ın 175 illiyi münasibətilə bu ilin noyabrından 2017-ci il yanvarın ortalarınadək A.S.Puşkin adına Moskva Dövlət Təsviri İncəsənət Muzeyində kor və görmə qabiliyyəti zəif olan insanlar üçün rəsm sərgisi açılacaq.

"Biz bayram aksiyasını ilk olaraq 3 ən tanınmış muzey - "Ermitaj", "Rus muzeyi" və "Təsviri İncəsənət Muzeyi" ilə birlikdə açırıq. Bu muzeylər ən çox ziyarət olunan muzeylərdir. Lakin bunu çoxuşaqlı ailələr üçün də əlçatan etmək istəyirik", - deyə "Sberbank"ın rəhbəri German Qref bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.