DÜNYA
"Sberbank"ın direktoru: Rusiya rəqəmsal valyutanın dövriyyəsini mümkün qədər tez rəsmiləşdirməlidir
Bakı, 27 may, AZƏRTAC
"Sberbank"ın direktoru German Qref Rusiya hökumətini rəqəmsal valyutanın dövriyyəsini mümkün qədər tez bir zamanda rəsmiləşdirməyə çağırıb.
Bu barədə AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir.
"Bitkoini qadağan etmək olmaz, onlarla sadəcə düzgün istifadə etməyi öyrənmək lazımdır. Rusiyada tezliklə rəqəmsal valyutanı leqallaşdırmaq, həmçinin dövriyyənin nizamlayıcı normalarını və istifadə qaydalarını qurmaq lazımdır. Rəqəmsal valyuta mümkün qədər tez dövriyyəyə buraxılmalıdır", - deyə G.Qref qeyd edib.
Direktor deyib: Məsələ ilə bağlı Rusiyanın Mərkəzi Bankı ilə çox səmərəli müzakirələr aparılır. Gələcəkdə, ilk növbədə, bu rəqəmsal valyutadan necə istifadə etməyi öyrənmək lazımdır. Əminəm ki, rəqəmsal valyutanın dövriyyəsinə qoyulan qadağalar və məhdudiyyətlər rəqiblərin qalib gəlməsinə imkan yaradacaq.