İQTİSADİYYAT


"Səba" şirkəti investisiya təşviqi sənədi almaq üçün müraciət edib

Bakı, 11 may, AZƏRTAC

"Səba" şirkəti investisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi ilə birgə lazım olan digər sənədləri İqtisadiyyat Nazirliyinə təqdim edib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "Səba" investisiya layihəsinə görə qarşıdakı 2 ildə quşçuluq təsərrüfatının istehsal həcminin artırılması və texnoloji cəhətdən modernləşməsinə 1,3 milyon manat investisiya qoymağı planlaşdırır. Avropa və Türkiyənin broyler avadanlıq və texnikası istehsal edən, quraşdıran 4 müəssisəsi ilə müqavilələrini imzalamış şirkət qabaqcıl texnologiyalardan istifadə etməklə istehsalatın effektivliyini daha da artırmaq, doğrama, emal və qablaşdırmada əl əməyindən istifadəni minimuma endirmək və məhsulun maya dəyərini aşağı salmaq niyyətindədir.

İnvestisiya layihəsini başa çatdırdıqdan sonra şirkət illik istehsal gücünü 25 min tonadək artıracaq. Hazırda illik istehsal gücü 17 min ton toyuq ətidir.

Qeyd edək ki, investisiyanın təşviqi sənədi Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına və ölkə başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli Fərmanına uyğun olaraq təqdim edilir. Sənədin verilməsində məqsəd ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.